Yevgeni Bertelsin Nizami Gəncəviyə həsr olunmuş kitabı çap olunub
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Yevgeni Bertels. Böyük Azərbaycan şairi Nizami” adlı kitab Nizami irsini sevənlərin ixtiyarına verilib. SİA-nın məlumatına görə, şərqşünas alim, professor Yevgeni Bertels bu əsərində dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edir.
Əsər müəllifin nizamişünaslıq və mütəfəkkir şairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi qarşısında böyük xidməti hesab edilir. Nəşrin “Ön söz”ünün müəllifi Xalq yazıçısı Elçin, tərcümə edəni Z. Abdullayev, elmi redaktoru Məmməd Arif Dadaşzadədir.
“Təhsil” nəşriyyatında çap edilmiş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
Qeyd edək ki, SSRİ EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Yevgeni Bertels (1890-1957) Nəvai, Sədi, Cami, Nizami, Firdovsi və başqa görkəmli şəxslərin yaradıcılığını tədqiq etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB