Amerikalı komik aktyor və radio aparıcısı Cey Tomas 69 yaşında vəfat edib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Cey Tomas “Mörfi Braun” serialındakı roluna görə iki dəfə “Emmi” mükafatına layiq görülüb. O, “Rey Donovan”, “Batman”, “Sevgi qayığı” və digər filmlərdə də çəkilib. Habelə “Sirius Satellite” radiosunda “The Jay Thomas Show” proqramını aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB