Azərbaycan “Top Resa” və “JATA” Beynəlxalq turizm sərgilərində iştirak edib
Mədəniyyət və Turizm Nazirliyi sentyabrın 21-dən 24-dək Fransanın Paris şəhərində keçirilən "Top Resa" və 24-dən 26-dək Yaponiyanın Tokio şəhərində keçirilən "JATA" Beynəlxalq turizm sərgilərində iştirak edib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sərgilərdə nazirliyin, "Cəngi" Estrada Folklor Ansamblının, İmprotex Travel, AL Travel, GEO Travel, ENC Tour, Bakı Tur, Didare Melal, Millennium Touris and Congress, Gilan Turizm turizm şirkətlərinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri ölkəmizi təmsil ediblər.
Sərgilərdə Azərbaycanın turizm potensialını iştirakçılar və ziyarətçilər arasında təbliğ etmək məqsədi ilə Paris və Tokio şəhərlərinə fransız, yapon və ingilis dillərində reklam çap məhsulları, təbliğ vasitələri aparılıb. Hər iki sərgidə milli üslubda hazırlanan lövhələr quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB