Türk dünyasının tanınmış rəssamları Türküstana toplaşıblar

Türk dünyasının tanınmış rəssamları Türküstana toplaşıblar

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Qazaxıstanın Türküstan şəhərində “XX TÜRKSOY rəssamlar görüşü”nün açılışı olub.

TÜRKSOY-un katibliyinin məlumatına görə, avqustun 22-dək davam edəcək tədbirdə 11-i Qazaxıstandan olmaqla 15 ölkədən 25 rəssam iştirak edir. İştirakçılar əvvəlcə Türküstanın tarixi və mədəni yerləri ilə tanış olublar. Tədbirin açılışı ilə bağlı təşkil olunan mətbuat konfransında “TÜRKSOY rəssamlar görüşü” mərasiminin təşkil olunması, keçdiyi inkişaf yolu və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, tədbirin 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olan Türküstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə