“O kimdir?” filmi Moskvada keçiriləcək beynəlxalq kino festivalında təmsil olunacaq- EKSKLÜZİV

“O kimdir?” filmi Moskvada keçiriləcək beynəlxalq kino festivalında təmsil olunacaq- EKSKLÜZİV
"O kimdir?" filmi Moskvada keçiriləcək Beynəlxalq 30-cu VGİK kino festivalında təmsil olunacaq. Bunu SİA-ya açıqlamasında Rüstəm İbrahimbəyov adına Kino Akademiyasının tələbəsi, həm də filmin müəllifi Murad Muradov bildirib. Onun sözlərinə görə, festivalda Anderqraunt stilində işləyən tanınmış amerikalı operator Toms Börnsin proyekti əsasında çəkilən "O kimdir?" filmi nümayiş olunacaq.

"Bu filmə dəvəti dünən axşam almışam. Oktyabrın 25-dən 30-na kimi keçiriləcək festivalda müxtəlif ölkələrdən filmlər nümayiş olunacaq. Mənim Rüstəm İbrahimbəyovun Kino Akademiyasında çəkdiyim bu film həmin festivalda göstəriləcək. Bu filmlə həm Azərbaycanı, həm də oxuduğum akademiyanı Moskvada təmsil edəcəyəm", - deyə M.Muradov əlavə edib.

Rejissor onu da qeyd edib ki, "O kimdir?" balaca etnoqrafik bir filmdir: "Film 8 dəqiqə 16 saniyəlik bir vaxtı əhatə edir. Filmin avtossenarisi, rejissorluğu və quruluşçu operatorluğu mənə məxsusdur, prodüsseri isə Olqa Şabanovadır. Bu film bizim milli adət ənənələrimizin, milli dəyərlərimizin qorunması haqqında kiçik bir ştrixdir. Düşünürəm ki, bu festivlada uğurlu yer tutacam".

Bütün xəbərlər Facebook səhifəmizdə