“Romen” teatrı mövsümü “Biz qaraçılarıq” tamaşası ilə açacaq
“Romen” Qaraçı Musiqili Dram Teatrı 86-cı mövsümü avqustun 19-da “Biz qaraçılarıq” musiqili tamaşası ilə açacaq. AZƏRTAC xəbər verir ki, tamaşanın müəllifləri – teatrın əsasını qoyan İvan Rom-Lebedov, bədii rəhbəri Nikolay Sliçenkodur. Əsərdə qaraçı xalqının qədim Hindistan və Misirdən tutmuş Rusiyanın geniş ərazilərinədək yayılmasından bəhs edilir. Tamaşada süjet deyil, xalqın mədəniyyəti, o cümlədən musiqisi, rəqsləri əsas yer tutur.
Hazırda “Biz qaraçılarıq” tamaşası “Romen” Qaraçı Musiqili Dram Teatrının bədii rəhbəri, SSRİ Xalq Artisti Nikolay Sliçenkonun səhnəyə çıxdığı yeganə tamaşadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB