Karikaturaçı rəssam Hafiz Nəsiroğlunun fərdi sərgisi keçiriləcək

Karikaturaçı rəssam Hafiz Nəsiroğlunun fərdi sərgisi keçiriləcək
Sentyabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi alonunda karikaturaçı rəssam Hafiz Nəsiroğlunun fərdi sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, Əzim Əzimzadənin 130 illik yubileyi ilə əlaqədar olaraq təşkil olunacaq.

Sərgi Mədəniyyət Və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Karikaturaçı Rəssamlar Birliyinin və "Kirpi" satira-yumor jurnalının birgə təşəbbüsü ilə baş tutacaq.

Məlumat üçün bildirək ki, Hafiz Nəsiroğlu 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirib. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında rəssam kimi çalışıb. 1992-ci ildən "Kirpi" jurnalının baş rəssamı kimi fəaliyyət göstərib. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə