Fransalı akkordeonçu Riçard Qalliano Bakıda konsert verəcək

Fransalı akkordeonçu Riçard Qalliano Bakıda konsert verəcək

Dünya şöhrətli fransalı akkordeonçu Riçard Qalliano Bakıda konsert verəcək. Tədbirin təşkilatçıları SİA-ya bildiriblər ki, bu musiqiçi Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının əsas qonağı olacaq.

Oktyabrın 20-dən 28-dək keçirilməsi nəzərdə tutulan festival çərçivəsində respublikanın müxtəlif konsert məkanlarında yerli və xarici caz ustalarının iştirakı ilə konsertlər olacaq.

Doqquz gün davam edəcək musiqi bayramı çərçivəsində ustad dərsləri, cem-seyşnlər, caz kino günləri, Azərbaycan caz günləri, gənc ifaçıların müsabiqəsi və art-sərgilər təşkil edilməsi planlaşdırılır.

Festivalın təşkilatçıları vəd edirlər ki, bu il caz həvəskarları yeni istedadlı musiqiçilərin adlarını “kəşf edəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə