Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin genişləndirilməsi diqqət mərkəzindədir FOTOLAR

Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin genişləndirilməsi diqqət mərkəzindədir FOTOLAR

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə Türkiyənin Mehmanxana Menecerləri Assosiasiyasının prezidenti Ali Can Aksunun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin idarə heyətinin sədri Ali İhsan Genç, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Dr. İrfan Çifçi arasında görüş keçirilib. SİA-nın məlumatına görə, məhsuldar keçən görüşdə Türkiyə və Azərbaycan arasındakı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, qardaş Türkiyənin turizm sahəsində əldə etdiyi zəngin təcrübəsinin bölüşməsi mövzuları yer aldı. Nazir müavini Azərbaycan Azərbaycanda turizmin mövcud inkişaf perspektivləri barədə məlumat verib. Türkiyənin Mehmanxana Menecerləri Assosasiyasının prezidenti Ali Can Aksu fəaliyyətləri haqqında bilgi verdi, qonaqpərvərlik biznesi sahəsində əldə etdikləri təcrübənin Azərbaycan turizm sahəsində çalışan iş adamları ilə bölüşməyə hər zaman hazır olduğunu bildirib. Mehmanxana biznesinin Azərbaycanda inkişaf perspektivləri, qonaqpərvərlik sahəsində təlimlərin keçirilməsi, mehmanxana menecerlərinin təcrübə mübadiləsinə cəlb olunması və qonaqpərvərlik sahəsinə investisiyanın eləcə də 2-3 ulduzlu mehmanxana brendlərinin Azərbaycana cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsində Mədəniyyət və Turizm Nazirliyi və Assosiasiya arasındakı birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə