Sentyabrın 23-də, saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin anadan olmasının 125 illik yubileyinə həsr olunan 4 pərdəli, 7 şəkildə olan "Şah İsmayıl" tamaşası nümayiş olunacaq. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib.
Məlumata görə, tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rejissoru xalq artisti Ağababa Bünyadzadə, quruluşçu rəssamı isə əməkdar rassam olan Ənvər Almaszadədir.
Baş rollarda əməkdar artist Təyyar Bayramov, xalq artisti Şahlar Quliyev və İlahə Əfəndiyeva çıxış edəcəklər. Digər rolları isə əməkdar artistlər Nizami Bağırov, Sabir Əliyev, Əli Əsgərov, aktyorlar Arzu Əliyeva, Əliəhməd İbrahimov, Nəzər Bəylərov və başqaları canlandıracaqlar.
Məlumat üçün bildirək ki, tamaşanı əməkdar artist İsmayıl Ələkbərov idarə edəcək.
Qeyd edək ki, tamaşanın librettosu M.Maqomayev və M.Ə.İsmayılzadə Vüsaqinindir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB