Avqustun 10-dan 20-dək Polşanın Jorı şəhərində “Voicingers-2017” festivalı keçiriləcək. SİA-nın məlumatına görə, “Voicingers-2017”də tanınmış caz pianoçusu Elçin Şirinov da iştirak edəcək. O, festival çərçivəsində avqustun 14-də və 20-də təşkil ediləcək konsert proqramlarında səhnəyə çıxacaq.
Azərbaycan xalq musiqisinin zəngin repertuarından istifadə edən Elçin Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB