"Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək" FOTO

"Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək" FOTO

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bey Fanani Bakıda ölkəsinin təqdimatı ilə bağlı tədbirə qatılıb. SİA-nın məlumatına görə, o, bildirib ki, sentyabrın 9-11 Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək: "Zəngin mədəniyyətə malik olan Azərbaycan Xəzərin mirvarisidir.Azərbaycanda İndoneziyanın mədəniyyətinin və turizminin tanıdılması, təbliği üçün bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Sentyabrın 9-11 Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək. Açılış mərasimi Heydər Əliyev Sarayında keçiriləcək. Festivalda iştirak etmək üçün İndoneziyadan Azərbaycana böyük nümayəndə heyətinin gələcək. Heyətin tərkibində mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, iş adamları da olacaq. “Miss İndoneziya”nın da Azərbaycana gələcəyi gözlənilir. Festivalın növbəti günü Bakı bulvarında “Fun walk” yürüşü olacaq. Hər kəs birlikdə yürüş edib mahnı oxuyub, rəqs edə biləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə