Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” partiturası ilk dəfə təqdim olunacaq

Sentyabrın 24-də, saat 15.00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi bəstəkar Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi" partiturası ilk dəfə təqdim olunacaq. SİA-ya bu barədə açıqlamasında muzeyin direktoru Alla Bayramova məlumat verib. Onun sözlərinə görə, bu partitura ilk dəfə 1932-ci ildə qələmə alınıb.

"Bu əsər ilk dəfə 2003-cü ildə muzeydə səsləndirilib. Lakin bu partitura indiyə qədər hələ heç yerdə çap olunmayıb. Biz qərara aldıq ki, bu əsəri ilk dəfə olaraq çap etdirdik. Bu əsərin təqdimatını da məhz Üzeyir Hacıbəylinin 125 illik yubileyi ərəfisində təqdim edək",- deyə Alla Bayramova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...