Uşaq Kitabxanasının yeni binasının açılış mərasimi keçirilib- FOTOSLAYD
Bu gün Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni binasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılışda ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, müasir tələblərə cavab verən yeni kitabxana binası həm uşaqları, həm də valideynləri razı salacaq.
"Bu kitabxanada uşaqların mükəmməl biliyə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Kitabxananın bu cür yüksək səviyyədə olması valideynlərin uşaqlarını bura rahat gətirməsinə şərait yaradacaq. Hesab edirəm ki, bundan sonra da digər kitabxanaların da şəbəkəsi daha da təkmilləşəcək. Uşaq proqramaları çərçivəsində müasir tələblərə cavab verən hər bir şərait yaradılıb"-deyə nazir əlavə edib.
Qeyd edək ki, "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq F. Köçərli adına Respublika Uşaq Kitabxanası yeni binaya köçürülüb, kitabxana müasir səviyyədə təmir edilib, inventar və avadanlıqlarla təmin olunub. Kitabxanada nağıl otaqları, incəsənət otağı, böyük və kiçik oxu zalları, elektron resurslar bölməsi, multimedia, internet-resurs mərkəzləri yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB