“Risalə. Araşdırmalar toplusu” kitabının XIII cildi nəşr olunub

“Risalə. Araşdırmalar toplusu” kitabının XIII cildi nəşr olunub

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən “Risalə. Araşdırmalar toplusu” kitabının XIII cildi nəşr olunub. SİA-nın məlumatına görə, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru muzeyin direktoru, akademik Rafael Hüseynovdur.

Muzeyin beş topludan ibarət elmi-tədqiqat “Xəmsə”sinə daxil olan “Risalə” – Araşdırmalar toplusunun bu sayı akademik Rafael Hüseynovun rəhbəri olduğu gənc alimlərin məqalələrindən tərtib edilib. Məqalə müəllifləri arasında elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçılar var. Akademik R.Hüseynovun elmi məktəbinin təmsilçiləri olan bu araşdırmaçılar Azərbaycan klassik və müasir ədəbiyyatının bir sıra aktual və az öyrənilmiş problemlərinə yeni görüş bucağından yanaşırlar.

Toplunun XIII cildində “Klassik irs: Tarixi və nəzər problemləri”, “Yeni və masir dövrdə ədəbi-mədəni proses”, “Tarixi-mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” başlıqlı sərlövhələrdə dərc olunan məqalələr ən qədim və müasir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin böyük aktuallıq kəsb edən problemlərini əhatə edir.

Nəşrin redaksiya heyəti filologiya elmləri doktorları Kamil Allahyarov, Xatirə Bəşirli, Şəfəq Əlibəyli və Aidə Qasımovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə