Cahangir Novruzovun doğum günüdür

İyulun 31-i Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun doğum günüdür. SİA-nın məlumatına görə, Cahangir Novruzozun 63 yaşı tamam olur. Azərbaycanın görkəmli səhnə xadimi, xalq artisti, hər bir azərbaycanlının sevimli anası olan Nəsibə Zeynalovanın ailəsində 1954-cü ildə anadan olan Cahangir Mütəllib oğlu Novruzov həyatı, yaşam tərzi, sənəti ilə böyük Nəsibə xanımın sənətinin layiqli davamçısı olub.

Uzun illərdir Türkiyədə yaşayan Cahangir Novruzov hazırda Adana şəhərində Çukurova Universiteti Dövlət Konservatoriyasının professorudur. Onun tələbələri nəinki Adananın, ümumilikdə Türkiyənin bütün şəhərlərində teatr fəaliyyəti ilə məşğul olur və ustadlarından aldıqları böyük sənət dərsini gələcək nəsillərə ötürməyə çalışırlar.

TÜRKSOY-un Fəxri Mükafatının sahibi olan Cahangir Novruzov növbəti doğum gününü sevimli tələbələri və doğmaları ilə bir arada qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə