Vilayət İsmayılov: “Üzeyir Hacıbəylinin musiqi sahəsindəki xidmətləri əvəzsizdir” - FOTO

Bu gün M.F.Axundov adına Milli kitabxananın konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşümaslıq üzrə Elmi-metodoki mərkəzi "Üzeyir Hacıbəyli-125" mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, Dəyirmi masada fəlsəfə elmlər doktoru, Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyeva, sənətşünaslıq namizədi, professor Cəmilə Həsənova, Bakı Musiqi Akademiyasının dosenti Turan Məmmədəliyeva və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Vilayət İsmayılov bildirib: "Bildiyimiz kimi artıq bir neçə gündür ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi təntənəli şəkildə qeyd edilir. Bizim mərkəzdə bu ənənəyə sadiq qalaraq bugünki dəyirmi masanı məhz dahi bəstəkarın yubileyinə həsr etmişik. Bugünki dəyirmi masada Üzeyir bəyin yaradıcılığına, onun dühasına, Azərbaycanın musiqi sənəti üçün etdiyi əvəzolunmaz işlərinə bir daha elmi baxış ediləcək. Onun gördüyü işlər haqqında mühazirələr oxunacaq və müzakirələr ediləcək. O, nəinki bütün sahələrdə, hətta bir çox sahələrdə də öz layiqli sözünü deyən sənətkarlardandır. Onun musiqi sahəsindəki xidmətləri əvəzsizdir. XIX əsrin sonlarına qədər Azərbaycan musiqisi şifahi xalq musiqisi səviyyəsində olmuşdusa da, Üzeyir Hacıbəyli xidmətinin tarixində isə artıq Azərbaycan musiqisi tam formalaşmışdı. Ü.Hacıbəyli həmçinin Azərbaycan musiqisini elmi cəhətdən bütün cəhətdən araşdırmış və bunun əsasında musiqi mədəniyyətimiz daha da inkişaf edib".

Qeyd edək ki, dəyirmi masa dahi bəstəkarın Azərbaycan musiqi mədəniyyətində gördüyü misilsiz xidmətlərinin müzakirəsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə