Boğaziçi festivalında nümayiş olunacaq filmlərin qeydiyyatına başlanılıb
Noyabrın 17-26-da İstanbulda keçiriləcək beşinci Beynəlxalq Boğaziçi film festivalında nümayiş olunacaq filmlərin qeydiyyatına başlanılıb. SİA-nın məlumatına görə, qeydiyyat festivalın “Milli tammetrajlı film müsabiqəsi” və “Milli qısametrajlı film müsabiqəsi” nominasiyaları üzrə aparılır. Eyni zamanda, festivalda “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı kişi ifaçı”, “Ən yaxşı qadın ifaçı”, “Ən yaxşı ssenari” və digər nominasiyalar üzrə da mükafatlar veriləcək.
Son müraciət tarixi sentyabrın 15-dək olan müsabiqənin əsasnaməsi və müraciət formaları festivalın internet səhifəsində (www.bogazicifilmfestivali.com) yerləşdirilib.
Ölkəmiz sonuncu dəfə festivalda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Nabat” bədii filmi ilə təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB