“Tematik təsviri incəsənət” adlı ustad dərsləri keçiriləcək

“Tematik təsviri incəsənət” adlı ustad dərsləri keçiriləcək

“YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Tematik təsviri incəsənət” adlı ustad dərsləri keçiriləcək. SİA-nın məlumatına görə, rəssam Nərminə Bağırova tərəfindən aparılacaq ustad dərslərində 3-12 yaşlı uşaqlar iştirak edəcəklər.
Dərslərdə uşaqların fikirləri üzərində nağılların yazılması, onların sevimli personajları və qrup iştirakçılarının fikirləri üzərində ümumi kollajın yaradılması mövzularından danışılacaq. Eyni zamanda, balacaları maraqlandıran suallar cavablandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə