Növbəti tədbir fotoqrafiyaya həsr ediləcək

Növbəti tədbir fotoqrafiyaya həsr ediləcək

“YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” layihəsi çərçivəsində növbəti tədbir fotoqrafiyaya həsr ediləcək. SİA-nın məlumatına görə, mədəniyyət ocağının növbəti qonağı tanınmış fotoqraf Elmar Mustafazadə olacaq. İyulun 31-də keçiriləcək tədbirdə fotoqrafiya sənətinə aid suallar cavablandırılacaq, bu sahəyə dair məsələlər müzakirə ediləcək. Tədbirdə iştirak sərbəstdir.

Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan E.Mustafazadə yaradıcı fotoqrafiyada sənədli-bədii üsluba üstünlük verir. 2009-cu ildən peşəkar fotoqrafiya ilə məşğul olan fotoqraf Azərbaycan Fotoqrafları Birliyinin “İlin debütü – 2011” mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə