Əbülfəs Qarayev: “Əgər biz istədiyimiz nailiyyətə çatmaq istəyiriksə onda bu sahədə görülən işlər kifayət deyil”
Bu gün Azərbaycan Dövlət Rus Dram Teatrında respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009-2010-cu tədris ilinin yekunlarına həsr olunan müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirəni giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq məktəblərin nailiyyətlərindən, mövcud problemlərdən danışıb: "Son illərdə Azərbaycan mədəniyyətində olduqca önəmli hadisələr baş verir. Hətta apardığımız bəzi islahatlar bir çox insanları çox narahat edir. Ancaq onu deyim ki, narahatçılığa heç bir əsas yoxdur. Çünki islahat yeniləşmə deməkdir. Hesab edirəm ki, hər bir sahənin yeniləşməyə ehtiyacı var. Bizim apardığımız islahatlar pərakəndə şəklində olmayacaq. Bundan başqa bugünki məruzədə həm müsbət, həm də bizi qane etməyən məsələlərə toxunacağıq. Əgər biz istədiyimiz nailiyyətə çatmaq istəyiriksə onda bu sahədə görülən işlər kifayət deyil".
Daha sonra nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev "Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə işinin vəziyyəti: 2009-2010-cu tədris ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə ilə çıxış edib. O, öz çıxışında Azərbaycanda 237 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin olduğunu bildirərək, bunların 184-nün uşaq musiqi, 51-nin incəsənət, 2-nin isə rəssamlıq məktəbi kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Müşavirədə respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə işinin təşkilində mövcud problemlərin aradan qaldırılması üçün görülməli işlərdən danışılıb, uşaq və gənclərin dünya standartlarına uyğun, müasir tələblərə cavab verən təhsilə yiyələnməsi, gənc nəslin estetik tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, məktəblərin idarə olunması, təhsilin məzmunu və strukturu, zəruri təlim-tərbiyə metodları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, respublikamızda bədii təhsilin keyfiyyətinin yüksəldilməsi və sürətli inkişafının təmin edilməsi sahəsində qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Müşavirənin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309s nömrəli Sərəncamı ilə təsdiq edilən "2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı"nda prioritet istiqamətlər kimi müəyyən edilən məsələlərin -məktəblərin modernləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, məktəblərin idarəolunma və şagird hazırlığının keyfiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, təhsilin məzmunca yeniləşdirilməsi kimi məsələlərin həlli sahəsində konkret tapşırıqlar verib.
Məlumat üçün bildirək ki, müşavirədə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktorları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB