Tərtər rayonunda turistlərin istirahətinin səmərəli təşkili məqsədilə tədbir təşkil edilib

Tərtər rayonunda turistlərin istirahətinin səmərəli təşkili məqsədilə tədbir təşkil edilib

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində fəaliyyət göstərən Mədəniyyət mərkəzi, Uşaq musiqi məktəbi, MKS və Tarix diyarşünaslıq Muzeyinin iştirakı ilə birlikdə yay mövsümü dövründə yerli əhali və rayona gələn turistlərin istirahətinin səmərəli təşkili və onlara mədəni xidmətlərin göstərilməsi məqsədi ilə geniş musiqili tədbir təşkil edib. SİA-nın məlumatına görə, musiqi tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında təqdim olunan musiqi proqramı istirahət edən rayon sakinləri və rayonun qonaqları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Konsert proqramında əhalinin tarix-diyarşünaslıq muzeyinə bağışladığı rayonun tarixi keçmişi ilə bağlı müxtəlif dövrləri əhatə edən eksponatlar sərgiləyib.

Tərtər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemidə bu tədbirdə yaxından iştirak edərək 500-dən artıq müxtəlif xalqların yazarlarının və yerli yazarların əsərlərindən ibarət kitab sərgisi təşkil edib.

Tədbir müddətində kitabsevərlər müxtəlif kitablara abunə olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə