ATMU tələbələri Türkiyədə ”Mədəni körpülər” yay məktəbində olublar FOTOLAR

ATMU tələbələri Türkiyədə ”Mədəni körpülər” yay məktəbində olublar FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” ixtisası üzrə təhsil alan tələbələrindən 2 nəfəri Türkiyə Respublikasının Ərzurum şəhərindəki Atatürk Universitetinin təşkilatçılığı ilə qardaş ölkədə “Mədəni körpülər” adlı yay məktəbində olublar. SİA-nın məlumatına görə, adıkeçən yay məktəbində dünyanın 25- dən çox ölkəsinin təmsilçi-tələbələrinə turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslığa dair seminarlar keçirilib. Universitetdən verilən məlumata görə son 7 il ərzində ATMU tələbələrindən 14 nəfəri yay məktəbinin fəaliyyətindən faydalana bilib. Proqram çərçivəsində ”Mədəni körpülər” in iştirakçıları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərinə tanışlıq - səfər turları təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə