“Azərbaycan nəsrində şəxsiyyət problemi” adlı monoqrafiya nəşr edilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən gənc alim Lalə Əfəndiyevanın "Azərbaycan nəsrində şəxsiyyət problemi" mövzusunda monoqrafiyası nəşr edilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monoqrafiyada Azərbaycan yazıçılarının yaradıcılığında şəxsiyyət probleminin konseptual baxımdan bəhs edilir.
Burada sovet elminin şərtilik buxovlarından azad olan müasir ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən problemi əks etdirən ədəbi hadisələr və tendensiyalar təhlil edilir və ümumiləşdirilir, müasir gerçəkliyin təsiri ilə şəxsiyyətin bədii konsepsiyasında baş verən dəyişikliklər izlənilir, müasir nəsrdə yeni şəxsiyyət konsepsiyasının formalaşmasına kömək edən amillər araşdırılır.
Kitab tənqidçilər, ədəbiyyatşünaslar, bu problem üzrə xüsusi kurslar aparan filoloq-müəllimlər, filoloji fakultələrin tələbələri, həmçinin Azərbaycan nəsrinin problemləri ilə maraqlanan geniş oxucu üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB