Türk ordusunun komandanı ilə Azərbaycan milyonçusunun qızı arasında eşq macərası - Yeni xəbər
"Nuru Paşa Hacı Zeynəlabdin Tağıyevin qızı Sona Tağıyeva ilə eşq macərası yaşayıb". SİA-nın məlumatına görə, bu sözləri Oskar kino şirkətinin baş redaktoru Sədi Məmmədov açıqlamasında bildirib. Onun sözlərinə görə, Oskar kino şirkəti hazırda 2 yeni ssenari üzərində çalışır.
"Bu ssenarilər üçün istəyirik ki, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Fonduna və Türkiyə səfirliyinə müraciət edək. Bunlardan biri türk ordusunun komandanı Nuru paşa haqqında olan bədii filmdir. "Nuru paşa Hacı Zeynəlabdin Tağıyevin qızı Sona Tağıyeva ilə eşq macərası yaşayıb". "Bu dediyim ilk dəfədir ki, səslənir. Hələ ki, biz bütün bu olanları araşdırırıq. Belə ki, nə Sona xanım uzun illər ərə getməyib, nə də ki, Nuru paşa evlənməyib. Yenə də deyirəm ki, bu fakt hələ də araşdırılır. Nəticələrə baxmayaraq bu rezedenti filmdə qabartmaq istəyirik. Biz bu filmi çəkməli olsaq çox güman ki, həm sevgi, həm də qəhrəmanlıq hekayəsini bir arada göstərəcəyik", -deyə baş redaktor bildirib.
Sədi Məmmədov digər layihə haqqında da söz açıb: "Belə ki, ikinci layihə rus ordusunun tərkibində olan vəhşi diviziya "tatar sülalə alayı" haqqında filmdir. Filmin yaranması ideyası belədir: 1918-ci ildə fəaliyyət göstərən əlahiddə müsəlman korpusunun əsasını məhz tatar sülalə alayının əsgərləri təşkil edib. Belə ki, süvari alayı haqqında çoxlu dastanlar mövcuddur. Tarixi mənbələrdə bu barədə xüsusi məlumatlar var. Çünki məhz Rumıniya cəbhəsində rusların böyük qələbələrinin əsas səbəbkarı həmin vəhşi diviziya olub. Bu barədə də film çəkmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB