Dövlət Filarmoniyasında “Orfeon” kamera xorunun konserti olub
Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalı çərçivəsində Türkiyənin "Orfeon" kamera xorunun konserti olub.
SİA-nın məlumatına görə, konsertdə Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Ərdal Tuşcular, Muammer Sun, Orlando Lasso, Astor Piazzola, İrvinq Berlin, Antonin Dvorak və digər dünya şöhrətli bəstəkarların əsərləri, xor üçün işlənmiş dünya folklor nümunələri səslənib.
Kollektivin bədii rəhbəri Elnarə Kərimovadır.
"Orfeon" kamera xorunun çıxışı tamaşaçılar tərəfindən böyük maraqla izlənmiş və alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB