Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunan təntənəli gecə keçirilib
Bu gün Heydər Əliyev adına sarayda dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunan təntənəli gecə keçirilib. SİA-nın məlumatına görə, mərasimi açıq elan edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Üzeyir Hacıbəyli milli bədii-estetik dəyərlər, ənənələr zəminində parlaq, özünəməxsus siması və ifadə tərzi ilə seçilən bəsətəkarlıq məktəbinin təməlini qoyub.
"Bəstəkarın qələmə aldığı "Leyli və Məcnun" operası nəinki Azərbaycanda, eləcə də bütün Şərqdə opera sənətinin ilk müjdəsidir. Təsadüfi deyil ki, bəşəri musiqi sırasında yer alan operanın 100 illiyi YUNESKO səviyyəsində, bütün dünyada təntənə ilə qeyd olunub. Çoxcəhətli yaradıcılıq irsinə malik olan Üzeyir bəyin publisist, dramaturq, alim və ictimai xadim kimi xidmətləri əvəzsizdir. Bəstəkarın xalqımıza bəxş etdiyi musiqi, ədəbi və elmi irsi ölməz və əbədidir. Üzeyir musiqisi dünya mədəniyyətinin qızıl fonuna daxil olub. Artıq 2-ci ildir ki, ölkəmizdə Üzeyir Musiqi Günü Beynəlxalq Musiqi Festivalına start verir. Bu əlamətdar hadisə münasibəti ilə keçirilən Beynəlxalq Musiqi Festivalında Rusiya, Almaniya, Türkiyə, ABŞ, Hollandiya, İsveçrə, Sinqapur, Kanada və Azərbaycandan görkəmli ifaçılar, musiqi kollektivləri çıxış edəcəklər. İnanıram ki, festival Azərbaycan musiqi salnaməsində silinməz izlər qoyaraq, ümumən çağdaş milli mədəniyyətimizin yeni uğurlarının nümayişinə çevriləcək"-deyə nazir bildirib.
Tədbir ilk olaraq Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında "Koroğlu" operasından parça ilə başlayıb. Orkestrin bədii rəhbərliyini dirijor, xalq artisti Rauf Abdullayev edib. Gecənin sonunda da "Koroğlu" operasının finalını Azərbaycan Dövlət Xor Kapellası və orkestr müşayət edib.
Məlumat üçün bildirək ki, sarayın foyesində bəstəkarın həyat və yaradıcılığına həsr olunan sərgi və kitabların nümayişidə keçirilib.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr edilən tədbirlər sentyabrın 28-nə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB