“Ölkəmizi dünyada tanıtmaq üçün mütləq hər bir sahədə maariflənmək lazımdır”

Media Akademiyasında "Mədəniyyət həftə"sinin üçüncü günü yeni qonaqları ilə yadda qalıb. SİA-nın məlumatına görə, əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, kinorejissor Şeyx Əbdül Mahmudbəyov və modelyer Fəxriyyə Xələfova tələbələrin görüşünə gəlib B.Vəziroğlu tələbələrin xahişi ilə sevilən şeirlərindən olan "Xatirə", "Məndən bir də olmayacaq", "Yox deyəndə mən" şeirlərini səsləndirib.

Azərbaycanda kino sənətinin tarixindən və bugünki durumundan söz açan Şeyx Əbdül Mahmudbəyov kino sistemini yenidən qurmağın vacibliyindən söz açıb. "Bu gün orta səviyyədə dünyanın maddi-texniki bazasına cavab verən texniki bazamız yoxdur. Bununla dünya səviyyəsinə çıxa bilmərik. Hər bir işin arxasında böyük zəhmət durur. Ölkəmizi dünyada tanıtmaq üçün mütləq hər bir sahədə maariflənmək lazımdır".

Görüşün ikinci hissəsinin qonağı modelyer Fəxriyyə Xələfova isə moda tarixinə yer verərək, gəncləri müasir moda ilə ayaqlaşmağa səsləib: "Hər bir gənc modanı özünə dost seçməlidir. Bunu özümüzə yaraşan üslubda təqdim etməliyik. Hər bir geyimə yaradıcı yanaşmaq lazımdır"- deyə F.Xələfova moda ilə geyinərkən daxildəki istəkləri də nəzərə almağı tələbələrə tövsiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə