İsrailin Beer-Şeva şəhərində beynəlxalq 3D incəsənət sərgisi – “Trick art” keçiriləcək. “BrainMash.com” saytı xəbər verir ki, ilk dəfə təşkil olunacaq sərginin ideya müəllifi “Brain-Mash” sprey-art qrupudur. Sərgidə 40-dək əsər, o cümlədən həm böyüklərin, həm də uşaqların maraq dairəsini əhatə edən nümunələr yer alacaq. 3D əsərlərlə fotoşəkil çəkdirmək istəyənlər üçün ən münasib yerlər də təşkilatçılar tərəfindən qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə