Bu il sentyabrın 21-22-də dövlət sifarişi ilə "Sınaq-film" prodüser mərkəzində çəkilən "Ölüm növbəsi" bədii filmin premyera baxışları keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi, Fikrət Əliyev, operatoru Rafiq Quliyev, bəstəkarı Rauf Əliyev, prodüseri Tofiq Musayevdir.
Rolları Şamil Süleymanov, Abbas Qəhrəmanov, Qorxmaz Əlili-Canzadə, Aytac Nuri, Mirkamil Kamilov, Cahangir Novruzov, Mirzə Ağabəyli və başqa aktyorlar ifa edirlər.
Filmin əsas mövzusu belədir: "Bakı-ətrafı kəndlərin birində baş verən dramatik əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur".
Məlumat üçün bildirək ki, nümayiş Teatr Xadimləri İttifaqının tamaşa salonunda saat 19-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB