Azərbaycan kinoteatrında “Sahə” bədii filminin nümayişi keçirilib - FOTOSLAYD

Bu gün Azərbaycan kinoteatrında "Sahə" bədii filminin nümayişi keçirilib. SİA-nın məlumatına görə, nümayişdə iştirak edən tanınmış Azərbaycan teatr rejissoru və aktyoru Vaqif İbrahimoğlu bildirib ki, bu layihənin 3 əsas özəlliyi var: "Belə ki, Son 20 ildə bu film əsil prodüsser filmidir. Avropa kino istehsalatında mövcud olan bütün şətlərə, tandensiyalara, iş prinsiplərə riayət edərək film uğurlu nəticə əldə edib. Hətta bu film Amerika Kino Akademiyasının xarici filmlər silsiləsində olan müsabiqəyə də təqdim edilib. Biz Azərbaycan kinosunu mənalı festivallardan azad edib mötəbər və ciddi bir səviyyəyə qaldıracıq. Artıq bu barədə danışıqlar da aparılır. Bir neçə distributer tərəfindən Avropa kinoprokatına alınması üçün müqavilələr imzalanıb"-deyə əlavə edib.

V.İbrahimoğlu onu da qeyd edib ki, bu film keyfiyyətinə görə, rəqabətə dözə bilən bədii məhsuldur: "Avropa və dünyada mövcud olan filmlər hansı tələblərə cavab verməlidirsə bu filmdə onlara cavab verir. Film Avropa səviyyəli bir layihədir. Bu fikri tək mən deyil, eləcə də ekspertlər bildirib".

"Hadisələr tezliklə SAHƏ daxilində dramatik gərginlik və baş qəhrəmanın şəxsi travmasını üzə çıxaran keçmişin yavaş-yavaş aşkarlandığı bir zamanda, gözlənilməz dəyişikliyə hazırlıq yaradaraq, hər şeyin təklif olunduğu və heç nəyin aşkarlanmadığı sirli məkanda cərəyan edir. Bu keçmiş Azərbaycanda erkən fotoqrafiya sənətinə bir baxış yaradır və bu da hekayəyə cəlbedicilik qatır"-deyə aktyor bildirib.

Filmin qısa məzmunu belədir: "Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır."

Məlumat üçün bildirək ki, Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Sahə" filminin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. "Sahə" bədii filmində ("The Precinct") məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs olunur. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər.

Qeyd edək ki, çəkilişlər 2008-ci ilin sentyabrın 16-da başlayıb və noyabrın 25-də başa çatıb. Film bütünlüklə Azərbaycanda 35mm kino lentinə çəkilib.

Layihə Kler Douns (ssenari müəllifi, Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) konsultasiyaları əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə