Erkan Özerman: "Best model of Azerbaijan-2010" digərlərindən fərqlənəcək"- FOTOSLAYD
Bu gün Azərbaycanda 10-cu dəfə keçiriləcək "Best model of Azerbaijan-2010" yarışması ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda "Best model of the world" müsabiqəsinin prezidenti Erkan Özerman, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Validə Abbasova, Lyubov Qutorova və stilist Anar Ağakişiyev iştirak edib.
Erkan Özerman bildirib ki, bu ilki müsabiqə "Best model of Azerbaijan"ın Azərbaycanda ilk təşkilatçısı, Bakıda vəfat edən mərhum biznesmen Nahid Kabakçının xatirəsinə ithaf olunur: "Bakıya ilk dəfə olaraq Nahid Kabakçının dəvəti ilə gəlmişdim. İlk iki yarışmanı da Azərbaycanda o təşkil etmişdi. Ümumiyyətlə Nahid bəy Azərbaycanla Türkiyə arasında tək mədəniyyət deyil, digər sahələrdə də layihələrə imza atıb. Nahid Kabakçı Bakını çox sevirdi. Bu il yubiley ili olduğundan, yarışmanı Nahid Kabakçının xatirəsinə ithaf edirik. Düşünürük ki, bununla onun ruhunu da şad etmiş olarıq".
Müsabiqə prezidenti onu da qeyd edib ki, bu ilki "Best model of the world" dekabrın 11-də İstanbulda baş tutacaq və yarışmada 90 ölkə iştirak edəcək. Türkiyəni bu yarışmada təmsil edəcək modellər isə oktyabrın 15-də keçiriləcək milli finalda məlum olacaq. "Best model of Azerbaijan-2010" digərlərindən fərqlənəcək. Fərq isə indiyədək yarışmanın təşkilində iştirak edən şəxslərin komanda halında bir araya gəlməsində olacaq: "Müsabiqənin əsas təşkilatçılığı Validə Abbasovaya və Anar Ağakişiyevə həvalə olunub. Amma digər şəxslər də - Fəxriyyə Xələfova, Lyubov Qutorova, Aygün Kazımova, Ruhi də öz köməyini əsirgəməyəcək. Hamı əl-ələ verib bir komanda şəklində işləyəcək. Bu ilki müsabiqə bir milli mədəniyyət hadisəsi olacaq və əvvəlkilərdən fərqlənəcək".
Fəxriyyə Xələfova da öz çıxışında "Best model of Azerbaijan-2010"un maraqlı və fərqli olacağına inandığını dilə gətirib. Modelyer bu müsabiqənin Azərbaycanda ilk dəfə təşkilində də göstərdiyi səyini davam etdirəcəyini açıqlayıb: "O vaxtdan mən bu yarışmaya dəstək vermişəm. Bu il də elə olacaq. Dəstəyimi əsirgəməyəcəyəm və əlimdən gələn köməyi edəcəyəm. Amma təşkilatçılıq mənim səlahiyyətimdə deyil. Çünki mən həmişə demişəm ki, təşkilati məsələlər olduqca ciddi prosesdir. Onu yalnız bilən adama həvalə etmək lazımdır".
Validə Abbasova isə vurğulayıb ki, vaxt az olduğundan müsabiqənin seçim turuna model agentlikləri tərəfindən təqdim edilən peşəkar modellər cəlb olunacaq. Ancaq özünü sınamaq istəyən gənclərə də şans veriləcək. "Best model of Azerbaijan-2010" yarışmasının prezidentləri Anar Ağakişiyev və Validə Abbasova bu müsabiqənin yüksək səviyyədə təşkil olunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB