Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə şəhər sakinləri və şəhərin qonaqlarına həftəsonu istirahətlərinin maraqlı keçməsi məqsədilə “Retro Bakı” layihəsinə yenidən start veriləcək.
İdarədən SİA-ya bildirilib ki, bu il layihənin ilk açılış konserti iyulun 9-da Fəvvarələr Meydanında baş tutacaq. Konsertdə tanınmış cazmen, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, populyar müğənni İlqar Sahil və muğam müsabiqəsinin laureatı Könül Məmmədli çıxış edəcəklər. Həmçinin rəqqas İlham Kərimlinin ifasında rəngarəng rəqs nömrələri təqdim olunacaq.
Qeyd edək ki, “Retro Bakı” konsertləri hər həftəsonu axşam saatlarında tanınmış müğənnilər və incəsənət xadimlərinin zəngin konsert proqramları ilə görüşə gələcə
Bütün xəbərlər Facebook səhifəmizdə