Yunus Oğuzun daha bir tarixi romanı işıq üzü görüb

Yazıçı-publisist Yunus Oğuzun daha bir romanı işıq üzü görüb. SİA-nın məlumatına görə, müəllifin “Atabəy Eldəniz” adlı kitabı Yunus Oğuzun sayca 7-ci tarixi romanıdır. Kitaba “Ön söz”ü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli və akademik, Milli Məclisin deputatı Nizami Cəfərov yazıb.

Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır.

Bütün xəbərlər Facebook səhifəmizdə