Mədəni sərvətin mühafizə şəhadətnaməsinin alınması Azərbaycan Rəqəmsal Ticarət Qovşağı vasitəsi ilə mümkün oldu FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 23 fevral tarixli 1255 nömrəli Fərmanın icrası ilə əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının (www.dth.azexport.az) təqdimatı keçirilib. SİA-nın məlumatına görə, İTKM-nin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni rolunu müəyyən edir: "Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb. Cənab Prezidentin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatların tərkib hissəsi kimi Rəqəmsal Ticarət Qovşağı regional əhəmiyyət daşıyır".
Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi və elektron imza, o cümlədən ASAN imzanı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaqdır. Bundan başqa Qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən, ASAN imzadan istifadə edərək, Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək. Portal vasitəsi ilə mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin alınması da mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB