Azərbaycan Turizm və Menecment Universitetində 8-ci Məzun buraxılışı mərasimi qeyd ediləcək
Bu il Azərbaycan Turizm və Menecment Universiteti ( ATMU ) tələbələrindən 329 nəfəri məzun diplomu alacaq. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetində yekun dövlət imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatıb.
Cari ildə bu ali təhsil müəssisəsində 11 ixtisas üzrə 293 nəfər bakalavr pilləsini başa vurub məzun adını qazanıb. Onlardan 43 nəfəri buraxılış işini uğurla müdafiə edib. Ümumilikdə 329 nəfərdən 36-ı magistr pilləsinin məzunudur.
Onu da xatırladaq ki, 5 iyul 2017-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində 8-ci Məzun buraxılışı mərasimi qeyd ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB