"Günay" teatr studiyası mövsümün bağlanışını qeyd edib

"Günay" teatr studiyası mövsümün bağlanışını qeyd edib

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası R.Behbudov adına Mahnı Teatrında mövsümün bağlanışını qeyd edib. SİA-nın məlumatına görə, 2 gün keçən tədbirin ilk günü Qrim qardaşlarının nağılı əsasında Larisa Tarusovanın quruluşunda "Ağca və yeddi cırtdan" tamaşası nümayiş olunub. İkinci gün isə studiyanın repertuarından maraqlı nömrələrlə şou proqram keçirilib.

Tədbirdən sonra teatrın direktoru İntiqam Soltan tərəfindən studiyanın üzvlərinə fəxri fərmanlar təqdim olunub. Tədbirin rejissoru Larisa Tarusova, xoreoqraf Günəş Talıbovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə