İyulun 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Şur” filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçiriləcək. SİA-nın məlumatına görə, gecədə filmin yaradıcı heyəti və iştirakçıları ekran əsərinin yaranması, çəkiliş prosesləri ilə bağlı xatirələrini bölüşəcəklər.
Tədbirdə Əməkdar artistlər - Azad Şükürov, Nuriyyə Hüseynova, Fehruz Səxavət, Səbuhi İbayev, xanəndələr Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Ayşən Mehdiyeva və başqalarının ifasında muğamlarımız, xalq və bəstəkar mahnıları səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB