Bakıda Musiqi Bayramı keçiriləcək PROQRAM

Bakıda Musiqi Bayramı keçiriləcək PROQRAM

Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı yenidən Bakıda keçiriləcək.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.

Musiqi tədbirləri iyulun 1-də Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Hard Rock Cafe" və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçiriləcək.

Proqram:

16:00 - YARAT Müasir İncəsənət Mərkəzi
Vəfa Qədirova (səs), Taleh Qəhrəmanov (gitara), Aydan Yusupzadə (piano);
Les Gamins.

18:00 - Paris Bistro
Əli İbrahimzadə;
Albina;
Ahmedowsky trio;
Milan Məmmədov.

20:00 - İçərişəhər, YAY Qalereyasının qarşısı
Les Gardiens du Silence;
Todo Band.

22:00 - Hard Rock Cafe
Radio & Video band.

Bütün xəbərlər Facebook səhifəmizdə