Yusif Eyvazov Veronada opera festivalında

Yusif Eyvazov Veronada opera festivalında

İyunun 23-dən avqustun 26-dək İtaliyanın Verona şəhərində opera festivalı (Arena di Verona Opera Festival) keçiriləcək. SİA-nın məlumatına görə, festivalda əməkdar artisti Yusif Eyvazov iştirak edəcək.

Yusif Eyvazov (tenor) iyulun 9-da və 11-də Cüzeppe Verdinin “Aida” operasında Radamesin partiyasını ifa edəcək. O, bu obrazı avqustun 22-də və 25-də isə Zalsburq festivalında canlandıracaq. Zalsburq festivalında “Aida” operasında baş qəhrəmanı Rusiyanın xalq artisti, beynəlxalq mükafatlar laureatı Anna Netrebko ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə