Taleh Həmidin anadan olmasının 65 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Taleh Həmidin anadan olmasının 65 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Nizami Kino Mərkəzində şair tanınmış Taleh Həmidin anadan olmasının 65 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir onun sağlığında çəkilmiş filmin nümayişi ilə başlayıb. Tədbirdə mərhum şairin qələm dostları, tələbə yoldaşları, yaradıcılığının pərəstişkarları və başqaları iştirak ediblər.

Tədbirin aparıcısı filologiya elmləri doktoru Məhərrəm Qasımlı Taleh Həmidi özünəməxsus lirik duyğuları, “kənddən gətirdiyi ab-havanı” ömrünün sonunadək qoruyub saxlayan, “şeirləri, yazıları taleyinə çevrilən” istedadlı bir şair kimi səciyyələndirib.

Anım tədbirində aktyorlar şairin şeirlərindən nümunələr söyləyiblər.

Şairin qardaşı Eyvaz Həmid və həyat yoldaşı İradə Taleh Həmid poeziyasının vurğunlarına və onun xatirəsini əziz tutanlara ailə üzvləri adından təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə