“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi çapdan çıxıb
“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (2/2017) nömrəsi nəşr olunub. SİA-nın məlumatına görə, digər nömrələrdə olduğu kimi, hazırkı nömrədə də maraqlı povestlər, hekayələr, romanlar və dünya poeziya nümunələri yer alıb.
Belə ki, oxucular nəşrin sözügedən nömrəsində “Kazuo İsiquronun “O günlərdən qalanlar” romanını, Herman Hessenin “Cavanlıq gözəl şeydir” hekayəsini, yeni tərcümədə Nikolay Qoqolun “Şinel” hekayəsini, Doris Lessinqin “Qarışqa yuvası” povestini və Əlisəmid Kürün şeirlərini oxuya biləcəklər.
Nəşrin digər rubrikalarında Fransua Moriakın “Sevgi səhrası” romanı, Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri, Ejen İoneskonun “Keçəl müğənni qız” pyesi, Mixail Çexovun “Aktyorluq dərsləri”, Uinston Çörçilin memuarları və çağdaş Ukrayna poeziyasından nümunələr yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB