Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizəddir

Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizəddir

İyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycandan Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsi Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer alıb.

Xatırladaq ki, ölkəmizin müvafiq təklifini UNESCO-nun Dünya İrsi Komitəsi gözdən keçirmiş və müraciətə düzəlişlər edilmək üçün Azərbaycan tərəfinə qaytarmış, 2016-cı ilin fevralında isə Azərbaycan tərəfi müvafiq düzəlişləri tamamlayaraq təklifi UNESCO-ya təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə