Azərbaycan kitab və nəşrləri 155 nəşr məhsulu arasında mükafatlara layiq görülüb- FOTO
Rusiyada XXIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sərgidə nümayiş etdirilən Azərbaycan kitabları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Bu kitablar, həmçinin Rusiya Federasiyası və eləcə də Moskva şəhərində yaşayan çoxsaylı həmvətənlərimizin də diqqət mərkəzində olub. Ekspozisiyamızı ziyarət edən soydaşlarımız olduqca maraqlı və dinamik həyat yaşayan respublikamızın ən müxtəlif sahələrinə güzgü tutan çeşidli çap məhsulları ilə tanış olublar.
Məlumat üüçn bildirək ki, cari ilin iyununda Moskva şəhərində MDB ölkələrinin VII Beynəlxalq "Kitab Sənəti" müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan, Belarusiya, Qazaxstan, Qırğızstan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Ermənistan, eləcə də Estoniyanın aparıcı nəşriyyat, poliqrafiya və kitab yayımı müəssisələri iştirak ediblər. Münsiflər heyəti müsabiqəyə təqdim olunan 155 nəşr məhsulunu 9-nominasiya üzrə qiymətləndiriblər.
Üç Azərbaycan kitabı müsabiqənin müxtəlif mükafatlarına – Çingiz Əlioğlunun "Təhsil" nəşriyyatı tərəfindən nəşr edilən "Çərçivə" kitabı müsabiqənin "Qran Pri" baş mükafatına, Miniatür Kitab Muzeyi tərəfindən nəşr edilən kitablar "Həmrəylik" nominasiyası üzrə II yerə, "Mədəniyyət" kataloqu isə "Bizim müasirimiz" nominasiyası üzrə III yerə layiq görülüblər.
Sevindirici haldır ki, beynəlxalq müsabiqələr tarixində Azərbaycan kitabı ilk dəfə olaraq bir müsabiqənin "Qran-Pri" mükafatını qazanıb.
Qeyd edək ki, XXIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində "Kitab Sənəti" Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib və qaliblərə pul mükafatları və müvafiq diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB