Qalaaltı suyu ilə bağlı seminar FOTOLAR

Qalaaltı suyu ilə bağlı seminar FOTOLAR

“Qalaaltı” müalicəvi istirahət kompleksində Qalaaltı suyunun müalicəvi əhəmiyyəti ilə bağlı seminar keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, kompleksin rəhbərliyinin dəvəti ilə baş tutan seminarda Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev, Azərbaycan Tibb Universitetinin tələbələri iştirak ediblər.

Seminarda Qalaaltı suyunun müalicəvi xüsusiyyətləri barədə məlumat verilib, eyni zamanda, xarici ölkələrdə bu termal mənbənin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası çərçivəsində təbliği məsələsi müzakirə edilib. Azərbaycanın təbii sərvəti olan bu suyun dövlət və özəl sektorun nümayəndələrinin birgə fəaliyyəti ilə tanıdılması, buraya çoxsaylı turistlərin cəlb edilməsi üçün müvafiq işlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə