“Yunior liqa” Şən və Hazırcavablar Klubu respublika çempionatına yekun vurulub
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının mükafatlandırlma mərasimi təşkil edilib. SİA-nın məlumatına görə, Azərbaycan ŞHK ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatda Bakının 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.
Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, ŞHK-nın Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bakıdakı 1, 7, 160, 26, 18, 189-190, 227, 16, 86, 145 nömrəli məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin, 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, “Ankara məktəbi” məktəb-liseyin, 132-134 nömrəli Təhsil Kompleksinin, Bakı Modern Məktəbinin və Mahaçqala şəhərinin komandaları yarımfinal turuna vəsiqə qazanıblar.
Qalib iştirakçılar diplom və sertifikatlarla təltif ediliblər.
Çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB