“Milli Kino Günləri” layihəsinə daxİl edilən filmlərin nümayişi davam edir
Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında, həmçinin C.Cabbarlı adına Azərbaycan Kinostudiyasının dəstəyilə iyunun 14-də başlanan “Milli Kino Günləri” layihəsinə daxil olunmuş filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir. SİA-nın məlumatına görə, filmlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 12:30-da nümayiş edilir.
Şəhər sakinlərinə və şəhərimizin qonaqlarına nümayişdə olan filmlərin siyahısını, gün və seans saatlarını təqdim edirik:
21 iyun -----------“ İçərişəhər”
23 iyun ----------- “Qatil”
26 iyun ----------- “Xeyirlə şərin rəqsi”
28 iyun ----------- “Yaddaş”
30 iyun------------ “Nabat”
3 iyul -------------- “Niyyət”
5 iyul -------------- “Buta”
7 iyul -------------- “Yarımçıq xatirələr”
10 iyul ------------ “Axınla aşağı”
12 iyul ------------ “Dərs”
14 iyul ------------ “Qırmızı bağ”
Filmlərə giriş pulsuzdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB