Opera və Balet Teatrı 108-ci mövsümünü Qala-konsertlə başa vuracaq

Opera və Balet Teatrı 108-ci mövsümünü Qala-konsertlə başa vuracaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 108-ci mövsümünü iyunun 21-də teatrın balet truppasının çıxışı - Qala-konsertlə başa vuracaq. SİA-nın məlumatına görə, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri nümayiş olunacaq. Qala-konsert simfonik orkestr və xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə