Yuğ Teatrı mövsümünü “Psix”lə açacaq

Sentyabrın 18-də Azərbaycan Dövlət Yuğ Teatrı mövsümünü açıq elan edəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, açılış Migel de Servantesin "Don Kixot" romanının motivləri əsasında hazırlanan "Psix" tamaşası ilə baş tutacaq.

Bundan başqa, Dövlət Yuğ Teatrında yeni iki tamaşanın məşqlərinə başlanılıb. Tamaşalardan biri "Diogenin çəlləyi" adlanır. Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, quruluşçu rəssam Rəşid Şerif, geyim üzrə rəssam Umay Həsənova, musiqi tərtibatçısı Mələk Vəlizadədir.

Tamaşada Emridokl rolunda Ruslan İsmayılov, Averenius rolunda Oqtay Mehdiyev, Safo rolunda Təranə Ocaqverdiyeva (Atacan), Trist Meqist rolunda Hikmət Rəhim, Alkmena rolunda İlahə Həsənli, Emridemiya rolunda Natəvan Qeybani çıxış edirlər.

Teatrda məşqlərinə başlanılan ikinci tamaşa Saleh Səbatın "Uşaq və biz" əsəri əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Mələk Vəlizadədir.

Tamaşada rolları Məmmədsəfa Qasımov, Oqtay Mehdiyev, Qasım Nağı, Gülzar Qurbanova, Təranə Ocaqverdiyeva, Ruslan İsmayılov və başqaları ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...