Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu uşaqlar üçün rəsm dərsi təşkil olunub. Hər kəsin iştirak edə biləcəyi bu dərsdə uşaqlar müxtəlif rəsmlər çəkib, müəllimlərin tövsiyələri üzrə rəsm vərdişlərini inkişaf etdiriblər. SİA-nın məlumatına görə, rəsm dərsini rəssam, Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı, “Tonus Klubu”nun müəllimi Röya Həsənova keçib.
Açıq havada keçirilən dərs həm də uşaqların həftəsonu əyləncəsinin maraqlı təşkilinə imkan yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB